Azərbaycanla Fransa arasında minatəmizləmə sahəsində əməkdaşlıqla bağlı sənəd imzalanacaq

Azərbaycanla Fransa arasında minatəmizləmə sahəsində əməkdaşlıqla bağlı sənəd imzalanacaq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qrosun müşaiyət etdiyi Piyadalar əleyhinə minaların məhv edilməsi üzrə Milli Komissiyasın
Xarici siyasət
16 Oktyabr , 2021 12:37
Azərbaycanla Fransa arasında minatəmizləmə sahəsində əməkdaşlıqla bağlı sənəd imzalanacaq

Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosun müşaiyət etdiyi Piyadalar əleyhinə minaların məhv edilməsi üzrə Milli Komissiyasının (CNEMA) nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.

Görüş zamanı işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə məlumat verilib, prezentasiya təqdim edilib.

Səfərin başlıca məqsədi Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətinə Fransa Respublikasının mümkün töhfəsinin verilməsi, eləcə də minadan zərərçəkənlərin ehtiyaclarının öyrənilməsi və bu sahədə lazımi dəstəyin göstərilməsinin müzakirəsindən ibarət olub. Yaxın zamanda, iki tərəfli əməkdaşlıq çərçivəsində qeyd olunmuş istiqamətlər üzrə sənədin imzalanması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi