Azərbaycanla Efiopiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanla Efiopiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev bu ölkənin Xarici İşlər Nazirliyinin dövlət naziri, professor Afevork Kassu ilə görüşüb.
Xarici siyasət
29 İyun , 2018 11:49
Azərbaycanla Efiopiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev bu ölkənin Xarici İşlər Nazirliyinin dövlət naziri, professor Afevork Kassu ilə görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Efiopiya arasında əməkdaşlığın inkişafı üçün mövcud olan böyük potensialın tam şəkildə istifadəsi məqsədi ilə səylərin artırılmasına dair razılıq əldə olunub.

Ötən il Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Əddis-Əbəbəyə səfəri zamanı Azərbaycanla Efiopiya arasında anlaşma memorandumunun imzalanmasının əhəmiyyətini qeyd edən səfir E.Abdullayev sözügedən sənədin iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün vacibliyini vurğulayıb.

O, son zamanlar Efiopiyanın Şərqi Afrika regionunda sülhün və sabitliyin əldə olunmasında aparıcı rolunu qeyd edib.

Söhbət əsnasında səfir E.Abdullayev Universal “EXPO2025” ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi barədə məlumat verib, 2019-cu ildə Efiopiya və bütün Afrika qitəsi üçün xüsusi önəm daşıyan Qoşulmama Hərəkatında sədrliyinin Azərbaycan Respublikasına keçəcəyini həmsöhbətinin diqqətinə çatdırıb. Səfir həmçinin ötən əsrin 60-cı illərindən başlayaraq, efiopiyalı tələbələrin Azərbaycanda təhsil aldığını qeyd edib və bu ildən də efiopiyalı tələbələr üçün Azərbaycan Respublikasının müxtəlif ali təhsil müəssisələrində təhsil alması üçün şəraitin yaradıldığını bildirib.

Dövlət naziri A.Kassu Azərbaycan Respublikasının səfirinə təşəkkürünü bildirərək, Efiopiya ilə Azərbaycan arasında münasibətlərin müxtəlif sahələrdə inkişaf etdirilməsində ölkəsinin maraqlı olduğunu bildirib. Azərbaycanın dinamik inkişafı barədə məlumatlı olduğunu qeyd edən Dövlət naziri, son vaxtlar Efiopiyada aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatının azərbaycanlı iş adamları üçün cəlbedici ola biləcəyini bildirib, kənd təsərrüfatı, yüngül sənaye və digər sahələrinin investisiyalar üçün hazır olduğunu qeyd edib. Dövlət naziri həmçinin Azərbaycanın turizm sektorunun inkişafında zəngin təcrübəyə malik olduğunu, bu təcrübənin öyrənilməsinin Efiopiya üçün önəmli olduğunu və Azərbaycanlı turistlərin Efiopiyaya dəvət edildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi