Bakı. 15 sentyabr. REPORT.AZ/ Sentyabrın 15-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiya Prezidenti Miloş Zemanın iştirakı ilə Azərbaycan-Çexiya sənədləri imzalanıb.
"Report" xəbər verir ki, Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Prezidenti Miloş Zeman imzalayıblar.
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Çex Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov və Çex Respublikasının kənd təsərrüfatı nazirinin müavini xanım Yaroslava Beneş Şpalkova imzalayıblar.