Yuxarı
    Bağlamaq

    Azərbaycanla BƏƏ arasında Müştərək İnvestisiya Fondunun və Biznes Şurasının yaradılması imkanları müzakirə olunacaq

    İKi ölkə arasında ötən ildə əmtəə dövriyyəsinin həcmi 65 milyon dollar təşkil edib

    Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında ötən il əmtəə dövriyyəsinin həcmi 65 milyon dollar təşkil edib. Hər iki ölkədə fəaliyyət göstərən şirkətlərin sayı get-gedə artır.

    Azərbaycanın BƏƏ-dəki səfirliyindən "Report"a verilən məlumata görə, bu barədə “Al Khaleej” qəzetinə müsahibəsində Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov bildirib.

    Müsahibədə səfir yaxın zamanda Azərbaycan-BƏƏ birgə iqtisadi komissiyasinin 6-cı iclası barədə məlumat verərək bildirib ki, iclasda mövcud imkanların əsaslı şəkildə müzakirə ediləcək, habelə Müştərək İnvestisiya Fondunun və Biznes Şuranın yaradılması imkanlarının da nəzərdən keçiriləcək.

    D.Şikarov eyni zamanda Əbu-Dabi, Dubay və ya Şarca şəhərində Azərbaycan ərzaq məhsullarının sərgisinin təşkil olunması yönündə müvafiq işlərin görüldüyünü və sərginin tezliklə keçiriləcəyinə ümidvar olduğunu deyib.

    Turizm sahəsinə gəlincə, səfir Azərbaycanda mövcud olan müasir mehmanxana infrastrukturu və təbii gözəllikləri haqda ətraflı bəhs edib, BƏƏ sərmayədarlarını Azərbaycan hökumətinin turizm sektorundakı əlverişli siyasətindən bəhrələnməyə dəvət edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi