Yuxarı
    Bağlamaq

    Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi: "Ermənilərin əks təbliğatı bizi məqsədimizdən döndərə bilməz"

    Polad Bülbüloğlunun YUNESKO-nun baş katibliyinə namizədliyi ilə bağlı prosedura uyğun olaraq iş aparılır© Report.az
    Bakı. 4 may. REPORT.AZ/ "Polad Bülbüloğlunun YUNESKO-nun baş katibliyinə namizədliyi ilə bağlı prosedura uyğun olaraq iş aparılır". "Report"un xəbərinə görə, bunu Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov deyib.

    O, xatırladıb ki, YUNESKO-nun baş katibliyinə seçkilər bu ilin oktyab ayında keçiriləcək: "Ermənistanın təxribatlarına gəldikdə, deyə bilərəm ki, biz buna öyrəşmişik. Azərbaycan hər zaman uğurlu təşəbbüs irəli sürəndə, Ermənistan çirkin kampaniyaya başlayır. Hesab edirəm ki, ermənilərin əks təbliğatı bizi məqsədimizdən döndərə bilməz. Ermənistan nəyəsə nail ola bilməyəcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi