Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun mühafizəsi gücləndirilib

Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun mühafizəsi gücləndirilib Yekaterinburq meriyası aprelin 24-də ermənilərin yürüş keçirmələrinə qadağa qoyub
Xarici siyasət
22 Aprel , 2015 16:51
Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun mühafizəsi gücləndirilib

Bakı. 22 aprel. REPORT.AZ/ Ermənistan vətəndaşı tərəfindən azərbaycanlının qətlə yetirilməsindən sonra Yekaterinburqun dövlət orqanları və Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu diplomatik missiyanın təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbirlər həyata keçirir. 

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Azərbaycanın baş konsulluğu öz ərazisində polis mühafizəsinin gücləndirilməsini xahiş edib və binaya bitişik dayanacaqdan avtomobillərin götürülməsini tələb edib. 

Yekaterinburq meriyası aprelin 24-də "erməni soyqırımı"nın 100-cü ildönümünə həsr olunan "Dinc yürüşü" qadağan edib.

Xatırladaq ki, aprelin 19-da Yekaterinburq kafelərindən birində 27 yaşlı azərbaycanlı Emil Hüseynov qətlə yetirilib. Cinayətdə şübhəli bilinən Ermənistan vətəndaşı, hazırda Yekaterinburqda yaşayan 23 yaşlı qarışıq döyüş növləri (MMA) üzrə idmançı Tiqran Çiçakyan saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi