Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə İşikava prefekturasında olub.
Azərbaycanın Yaponiyadakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər prefekturanın qubernatoru Masanori Tanimotonun dəvəti ilə baş tutub.
Görüşdə tərəflər iqtisadiyyat, mədəniyyət və idman məsələləri üzrə fikir mübadiləsi aparıblar.
