Azərbaycan yanğınsöndürənlərinin növbəti qrupu Türkiyəyə çatıb

Azərbaycan yanğınsöndürənlərinin növbəti qrupu Türkiyəyə çatıb Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin yola
Xarici siyasət
2 Avqust , 2021 00:50
Azərbaycan yanğınsöndürənlərinin növbəti qrupu Türkiyəyə çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin yola düşən növbəti qrupu qardaş Türkiyə Respublikasına çatıb.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, quru yolla qardaş ölkəyə gedən FHN əməkdaşları hazırda Türkiyə ərazinə daxil olub.

Burada FHN əməkdaşlarını rəsmi şəxslərlə yanaşı, yerli sakinlər də qarşılayıb. Hazırda FHN əməkdaşları yanğınların baş verdiyi Marmares ərazisinə istiqamət götürüb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyə Respublikasına yola düşüb.

İyulun 31-də isə Türkiyəyə daha bir qrup yola düşüb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.

Son xəbərlər

Orphus sistemi