Azərbaycanın Xocalı soyqırımı ilə bağlı baş katibə göndərdiyi məktub BMT-nin rəsmi sənədi kimi yayılıb

Azərbaycanın Xocalı soyqırımı ilə bağlı baş katibə göndərdiyi məktub BMT-nin rəsmi sənədi kimi yayılıb Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı qurumun Baş katibi Antonio Quterreşə ünvanladığı məktub BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.
Xarici siyasət
25 Fevral , 2022 12:23
Azərbaycanın Xocalı soyqırımı ilə bağlı baş katibə göndərdiyi məktub BMT-nin rəsmi sənədi kimi yayılıb

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı qurumun Baş katibi Antonio Quterreşə ünvanladığı məktub BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.

“Report”un ABŞ bürosu xəbər verir ki, sənəddə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Xocalı rayonunun 63-ü azyaşlı, 70-i qoca olmaqla 613 sakinin vəhşicəsinə qətlə yetirildiyi bildirilib.

Məktubda 1994-cü ildə atəşkəs barədə razılıq əldə edilməsinə baxmayaraq, erməni silahlılarının mütəmadi olaraq təmas xətti boyunca azərbaycanlıların yaşadığı əraziləri atəşə tutduğu xatırladılıb. Bu xüsusda, Ermənistanın beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini gözardı etməsi nəticəsində 2020-ci ilin payızında hərbi əməliyyatların yenidən baş verdiyi qeyd olunub.

Eyni zamanda sənəddə Azərbaycanın təhlükəsizliyinə, əhalisinin rifahına, dövlətin suverenliyinə və ərazi bütövlüyünə hər hansı təhdid yaranarsa, onun öz Konstitusiyasına, BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsasən mümkün bütün vasitələrlə özünü müdafiə edəcəyi də öz əksini tapıb.

Son xəbərlər

Orphus sistemi