Azərbaycanın XİN rəhbəri türkiyəli həmkarını təbrik etdi

Azərbaycanın XİN rəhbəri türkiyəli həmkarını təbrik etdi Bu ilin 29 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici siyasət
29 Oktyabr , 2020 22:50
Azərbaycanın XİN rəhbəri türkiyəli həmkarını təbrik etdi
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, C.Bayramov həmkarına Türkiyə Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb və qardaş Türkiyəyə davamlı sülh, əminamanlıq və firəvanlıq arzulayıb.

Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Ermənistan tərəfindən mülki şəxslərin xaincəsinə hədəfə alınması və dinc insanlara qarşı növbəti müharibə cinayətlərinin törədilməsinin qəbuledilməz olduğu və bu cinayətlərə görə cavabdeh olan şəxslərin ədalət məhkəməsi qarşısında cavab verməsinin zəruriliyi nazirlər tərəfindən vurğulanıb.

Son xəbərlər

Orphus sistemi