Azərbaycanın XİN başçısı Ermənistanın sərhəddəki təxribatlarının məqsədini açıqlayıb

Azərbaycanın XİN başçısı Ermənistanın sərhəddəki təxribatlarının məqsədini açıqlayıb “Ermənistan tərəfindən vaxtaşırı təxribatlar törədilir. Bu, Ermənistan-Azərbaycan sərhədində baş verir. Biz həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində də bunun şahidi oluruq”.
Xarici siyasət
4495
12 Mart , 2022 23:22
Azərbaycanın XİN başçısı Ermənistanın sərhəddəki təxribatlarının məqsədini açıqlayıb

“Ermənistan tərəfindən vaxtaşırı təxribatlar törədilir. Bu, Ermənistan-Azərbaycan sərhədində baş verir. Biz həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində də bunun şahidi oluruq”.

“Report” xəbər verir ki, bu fikirləri “Haber Global”a müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Bizim müşahidələrimiz bunun iki əsas səbəbini göstərir: sərhəddəki təxribatlar Ermənistan tərəfindən bu məsələyə daha çox diqqət yönəltmək məqsədi daşıyır və delimitasiya məsələsində Ermənistan tərəfinin irəli sürmək istədiyi ilkin şərtləri əsaslandırmaq üçün istifadə edilir. Çünki Azərbaycanın delimitasiya prosesi ilə bağlı mövqeyi bəllidir. Biz Ermənistan-Azərbaycan işçi qrupunun yaradılmasına və delimitasiya prosesinə razılığımızı bildirmişik. Təbii ki, beynəlxalq hüquq normaları, beynəlxalq səviyyədə tanınmış sərhədlər anlamına gəlmək şərtilə. Ermənistan tərəfi isə burada bəlli ilkin şərtlər irəli sürməyə çalışdı. Onların ilki şərtlərinin detallarına varmayacam. Ancaq hesab edirəm ki, onlar qəbul edilməzdir. Ermənistan bu məsələdə ciddi şəkildə irəliləyişə nail olmaq istəyirsə, konstruktiv, beynəlxalq hüquqa əsaslanan mövqe tutmalıdır”, - Ceyhun Bayramov əlavə edib.

Son xəbərlər

Orphus sistemi