Azərbaycanın XİN başçısı Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq edib

Azərbaycanın XİN başçısı Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq edib Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq edib.
Xarici siyasət
18 Oktyabr , 2021 11:51
Azərbaycanın XİN başçısı Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq edib
Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq edib.

“Report”un xəbərinə görə, o deyib ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsi vacibdir.

“Ermənistandakı revanşist qüvvələrə tövsiyəmiz ondan ibarətdir ki, yanlış yolla getməsinlər. İmzalanmış sənədin yerinə yetirilməsi vacibdir”, - Ceyhun Bayramov oktyabrın 18-də Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə keçirdikləri mətbuat konfransında bildirib.

Son xəbərlər

Orphus sistemi