"Avropa İttifaqının Cənubi Qafqaza yanaşması regionda yaranan ehtiyac və prioritetlər nəzərə alınmaqla yeni situasiyaya uyğunlaşdırılmalıdır".
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Avropa İttifaqı Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşündə deyib.
XİN başçısı qeyd edib ki, yaşadığımız mürəkkəb dövr Şərq Tərəfdaşlığının öz fəaliyyətini tərəfdaş dövlətlərin ehtiyac və maraqlarına uyğunlaşdırmasını zəruri edir: "Ümid edirik ki, Aİ-nin Cənubi Qafqaza yanaşması regionda yaranan ehtiyac və prioritetlər nəzərə alınmaqla yeni situasiyaya uyğunlaşdırılacaq".