Azərbaycanın xilasediciləri dağıntılar altından azyaşlı və kişi meyitini çıxarıb 

Azərbaycanın xilasediciləri dağıntılar altından azyaşlı və kişi meyitini çıxarıb  Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı azyaşlı uşaq və kişi meyitini çıxarıb.
Xarici siyasət
15 Fevral , 2023 19:18
Azərbaycanın xilasediciləri dağıntılar altından azyaşlı və kişi meyitini çıxarıb 

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı azyaşlı uşaq və kişi meyitini çıxarıb.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, FHN-in xilasediciləri tərəfindən şəhərin Kuddisi Baba bulvarı prospektindəki binanın dağıntıları altından həmin şəxslərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Xatırladaq ki, indiyədək Azərbaycanın xilasediciləri dağıntılar altından 53 sağ insan, 691 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, Türkiyədə baş vermiş təbii fəlakətlə bağlı qardaş ölkəyə gedən Azərbaycan FHN-in 420 əməkdaşı fevralın 7-də axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib. Hazırda isə Kahramanmaraşda FHN-in 760 nəfər şəxsi heyəti fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi