Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov: "Bako Saakyan Böyük Britaniyaya Ermənistan pasportu ilə şəxsi səfər edib"

    Biz Chatham House-la danışıqlar aparmışıq ki, Dağlıq Qarabağın azərbaycanlı icması da mövqeyini ifadə etmək imkanı əldə etsin

    Bakı. 10 iyul. REPORT.AZ/ "Bako Saakyan Böyük Britaniyaya Ermənistan pasportu ilə şəxsi səfər edib".

    "Report" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici işlər naziriElmar MəmmədyarovAzərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərən separatçı rejimin rəhbəri Bako Saakyanın Londona səfərini şərh edərkən bildirib.

    "Belə ki, onun Böyük Britaniya parlamentində çıxış etdiyini demək olmaz", - Məmmədyarov vurğulayaraq, bu faktın araşdırılmasının lazım olduğunu da qeyd edib.

    E. Məmmədyarov əlavə edib ki, əvvəllər də həmişə B.Saakyan Ermənistan pasportunu istifadə edərək Fransa və ABŞ səfər edib: "Beləliklə, bu səfərləri şəxsi səfər kimi qiymətləndirmək olar".

    Elmar Məmmədyarov deyib ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyi bu ölkəyə həmin səfərlə bağlı öz etirazlarını bildirib. Nazir vurğulayıb ki, əyər "Chatham House"-da Bako Sahakyanın çıxışı olubsa, onda oradaDağlıq Qarabağın azərbaycanlı icmasının da mövqeyi dinlənilməlidir: "Əgər B.Saakyan "Chatham House"-da çıxış edib Dağlıq Qarabağın erməni icmasının mövqeyini bildiribsə, biz Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyini də dinləmək üçün şərait yaradılması haqqında danışıqlar apardıq.

    XİN rəhbəri bildirib ki, çıxışın tarixi Azərbaycanın Londondakı səfirliyi tərəfindən dəqiqləşdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi