Yuxarı
    Bağlamaq

    ​Azərbaycanın XİN rəhbəri Aleksis Şahtaxtinskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

    Elmar Məmmədyarov diplomata gələcək fəaliyyətində uğurlar arzu edib

    Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakıda keçmiş layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

    Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Elmar Məmmədyarov Aleksis Şahtaxtinskinin fəaliyyəti müddətində Azərbaycan ilə ATƏT arasında əlaqələrin inkişafına töhfə verdiyini və praktiki əməkdaşlığa xidmət edən layihələrin icra olunduğunu qeyd edib.

    Aleksis Şahtaxtinski fəaliyyəti dövründə Azərbaycan ilə ATƏT arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəmədiyini diqqətə çatdırıb.

    Elmar Məmmədyarov Aleksis Şahtaxtinskiyə gələcək fəaliyyətində uğurlar arzu edib.   

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi