Azərbaycanın XİN başçısının müavini Əfqanıstana dair Cenevrə konfransında iştirak edib

Azərbaycanın XİN başçısının müavini Əfqanıstana dair Cenevrə konfransında iştirak edib Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Əfqanıstana dair konfransda iştirak edib.
Xarici siyasət
28 Noyabr , 2018 22:28
Azərbaycanın XİN başçısının müavini Əfqanıstana dair Cenevrə konfransında iştirak edib

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Əfqanıstana dair konfransda iştirak edib.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, noyabrın 27-28-da Cenevrədə Əfqanıstana dair beynəlxalq yardım məsələlərinə həsr olunmuş milli barışıq prosesinə dəstək, regional iqtisadi təşəbbüslər üzrə nazirlərin konfransı keçirilib.

Tədbirdə 70 ölkənin və 28 beynəlxalq təşkilatın nümayəndələri iştirak edib. Konfransın yekunlarına əsasən birgə rəsmi məlumat qəbul edilib.

Son xəbərlər

Orphus sistemi