Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Aksel Vexi qəbul edib.
XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə A.Vex etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.
Avstriyalı səfir ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Nazir E.Məmmədyarov səfir A.Vexə diplomatik fəaliyyətində uğurlar arzu edib.