Azərbaycanın XİN başçısı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasına qatılıb

Azərbaycanın XİN başçısı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasına qatılıb Nazirlər təşkilat daxilində əməkdaşlığın səmərəliliyinin artırılması yolları barədə müzakirələr aparıblar
Xarici siyasət
20 Sentyabr , 2016 17:45
Azərbaycanın XİN başçısı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasına qatılıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakı çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının işgüzar iclasında iştirak edib.

XİN-dən "Report"a verilən məlumata görə, görüşdə təşkilata üzv dövlətlər arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub və gündəlikdə duran məsələlər, o cümlədən bu ilin noyabrında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək 6-cı Zirvə görüşünə hazırlıq işlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə təşkilat çərçivəsində praktiki və sahəvi əməkdaşlığın inkişafı, Türk Şurasının BMT yanında müşahidəçi statusu alması və digər beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi kimi məsələlər də müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi