Yuxarı

Azərbaycanın XİN başçısı Nyu-Yorkda işgüzar səfərdədir

Elmar Məmmədyarov Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə dövlətlərinin 8-ci Nazirlər toplantısında iştirak edəcək

Bakı.19 sentyabr. REPORT.AZ/ BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələrində iştirak etmək üçün xarici işlər naziri Elmar Məmmədyarov Nyu-York şəhərində işgüzar səfərdədir.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Səfər əsnasında E.Məmmədyarovun BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxışı, sessiya çərçivəsində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirmə görüşü nəzərdə tutulub. 

Eyni zamanda, Azərbaycan XİN başçısı Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə dövlətlərinin 8-ci Nazirlər toplantısı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasına, Türk Şurası Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısına, BMT-nin Sivilizasiyalar Alyansının Nazirlər görüşünə qatılacaq, digər toplantılarda iştirak edəcək və çoxsaylı ikitərəfli görüşlər keçirəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi