Azərbaycanın XİN başçısı BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb

Azərbaycanın XİN başçısı BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb Görüşdə Azərbaycan tərəfindən Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb
Xarici siyasət
2 May , 2017 17:44
Azərbaycanın XİN başçısı BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb
mfa.gov.az

Bakı. 2 may. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzaini qəbul edib.

Azərbaycan XİN-nin mətbuat xidmətindən “Report” verilən məlumata görə, Q.İsakzai bu il Azərbaycanın BMT-yə üzvlüyünün 25-ci ildönümünün qeyd edildiyini bildirərək, ötən müddət ərzində Azərbaycan və BMT arasında əlaqələrin yüksək inkişaf səviyyəsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb.

E.Məmmədyarov müstəqilliyinin ilk illərindən BMT-nin rəsmi Bakıya dəstəyinin, Ermənistanın Azərbaycana təcavüzü nətəcəsində Azərbaycanın üzləşdiyi humanitar problemlərin nəticələrinin aradan qaldırılmasında BMT-nin müvafiq strukturlarının rolunun və BMT-nin əsas orqanları və ixtisaslaşmış təşkilatları ilə qurulan məhsuldar əlaqələrin yüksək qiymətləndirildiyini vurğulayıb. 

Görüşdə UNDP-nin Azərbaycan ofisinin fəaliyyəti və Azərbaycan tərəfindən Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi