Azərbaycanın XİN başçısı Almaniya və Slovakiyaya səfər edəcək

Azərbaycanın XİN başçısı Almaniya və Slovakiyaya səfər edəcək O, Şərq Tərəfdaşlığı ölkələri ilə qeyri-rəsmi görüşünə qatılacaq
Xarici siyasət
31 Avqust , 2016 09:38
Azərbaycanın XİN başçısı Almaniya və Slovakiyaya səfər edəcək

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 1-də Almaniyanın Potsdam şəhərində keçiriləcək ATƏT üzv dövlətlərinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında, sentyabr 3-də isə Slovakiyanın paytaxtı Bratislava şəhərində keçiriləcək Avropa İttifaqı üzv dövlətlərinin Şərq Tərəfdaşlığı ölkələri ilə qeyri-rəsmi görüşündə iştirak edəcək.

Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Elmar Məmmədyarovun hər iki tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi