​Azərbaycanın XİN başçısı ABŞ nümayəndə heyəti ilə "Azadlıq Radiosu"nun fəaliyyətinə aid məsələləri müzakirə edib

​Azərbaycanın XİN başçısı ABŞ nümayəndə heyəti ilə "Azadlıq Radiosu"nun fəaliyyətinə aid məsələləri müzakirə edib Nümayəndə heyətinin digər dövlət qurumlarında da görüşləri nəzərdə tutulub
Xarici siyasət
13 Mart , 2015 15:35
​Azərbaycanın XİN başçısı ABŞ nümayəndə heyəti ilə Azadlıq Radiosunun fəaliyyətinə aid məsələləri müzakirə edib

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekutanın rəhbərlik etdiyi və ABŞ-ın Yayım Şurası İdarə Heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Cefrey Trimbli və “Azadlıq Radiosu”nun maliyyə məsələləri üzrə vitse-prezidenti Con Giambalvonun qatıldığı nümayəndə heyətini qəbul edib. Bu barədə "Report"a XIN-dən bildirilib.

Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb və "Azadlıq Radiosu"nun fəaliyyətinə aid məsələlər müzakirə olunub.

ABŞ nümayəndə heyətinin digər dövlət qurumlarında da görüşləri nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi