Azərbaycanın xarici siyasətinin 2020-ci il üçün prioritetləri açıqlanıb

Azərbaycanın xarici siyasətinin 2020-ci il üçün prioritetləri açıqlanıb Azərbaycanın xarici siyasəti ölkəmizin milli maraqlarına uyğun olaraq dövlət başçısının birbaşa rəhbərliyi altında həyata keçirilir və xarici siyasət prioritetlərimiz dəyişilməz olaraq qalır.
Xarici siyasət
30 Dekabr , 2019 11:57
Azərbaycanın xarici siyasətinin 2020-ci il üçün prioritetləri açıqlanıb

"Azərbaycanın xarici siyasəti ölkəmizin milli maraqlarına uyğun olaraq dövlət başçısının birbaşa rəhbərliyi altında həyata keçirilir və xarici siyasət prioritetlərimiz dəyişilməz olaraq qalır".

"Report" xəbər verir ki, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov 2019-cu ilin yekunlarına dair "Report" və bir neçə KİV-in suallarını cavablandırarkən deyib. 

"Buraya ölkəmizin beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyinin bərpa edilməsi, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin davam etdirilməsi və daha da genişləndirilməsi, beynəlxalq münasibətlərdə fəal şəkildə iştirak etmək, beynəlxalq sülh və təhlükəsizliyə, inkişafa, tərəqqiyə töhfə verən təşəbbüslərdə iştirak etmək, Azərbaycanın beynəlxalq müstəvidə layiqincə təşviq edilməsi və digər məsələlər daxildir.

Hər bir prioritet istiqamətə uyğun olaraq il ərzində həyata keçiriləcək konkret tədbirlərə gəldikdə isə, burada ənənəvi şəkildə atılan addımlara əlavə olaraq, ölkəmizin dörd beynəlxalq / regional təşkilat çərçivəsində (Qoşulmama Hərəkatı, TRACECA, Türk Şurası, GUAM) gələn il ərzində sədrliyi vəzifələrindən irəli gələn məsələlərin həyata keçirilməsinə də diqqət ayrılacaq. Azərbaycanın maraqlarının diplomatik nümayəndəliklərimizin birbaşa iştirakı ilə ikitərəfli və çoxtərəfli müstəvilərdə fəal şəkildə təşviq olunmasına davam ediləcək",- XİN başçısı əlavə edib. 

Son xəbərlər

Orphus sistemi