Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarının mühafizəsi gücləndiriləcək

Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarının mühafizəsi gücləndiriləcək “ABŞ-ın Azərbaycandakı səfiriLos Ancelesdə baş verənlərə görətəəssüfləndiyini bildirib. O, mənə baş verən faktlara bəraət qazanadırıla bilmədiyini dedi. Təbii ki,ermənilərin radikal hərəkətləri ictiami qiymətini alıb. Artıq Los Ancelespolisi məsələ ilə əl
Xarici siyasət
449
23 İyul , 2020 13:25
Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarının mühafizəsi gücləndiriləcək

“ABŞ-ın Azərbaycandakı səfiri Los Ancelesdə baş verənlərə görə təəssüfləndiyini bildirib. O, mənə baş verən faktlara bəraət qazanadırıla bilmədiyini dedi. Təbii ki, ermənilərin radikal hərəkətləri ictimai qiymətini alıb. Artıq Los-Anceles polisi məsələ ilə əlaqədar bəyənatla da çıxış edib”. 

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib. 

Nazir müavini bildirib ki, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu və Vaşinqtondakı səfirliyinin mühafizəsinin təmin edilməsi məsələsi geniş müzakirə edilib: “Müzakirədən sonra nəinki həmin bölgələrdə, eləcə də digər paytaxtlarda bu məsələyə yenidən baxılacaq. Dost ölkələrdən xahiş etmişik ki, diplomatik missiyamızın təhlükəsizliyinin təmin olunması və mühafizəsinin gücləndirilməsi üçün əlavə addımlar atılsın. Çünki hər bir ölkə ilə normal münasibətimiz var. Beynəlxalq əlaqələr sistemində yaradılan əməkdaşlıqda qarşılıqlı əlaqələr dayanır. Bu məsələdə ikili standartlardan söhbət gedə bilməz. Bütün dövlətlər üçün Vyana öhdəlikləri tam məcburidir. Belə öhdəliklər qarşılıqlı prioritet xarakter daşıyır”.

Son xəbərlər

Orphus sistemi