Yuxarı

Azərbaycanın xarici işlər naziri NATO iclasında iştirak edəcək

Şimali Atlantika Alyansının nazirlər iclası dekabrın 1-2-də Brüsseldə keçiriləcək

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun mənzil-qərargahında keçiriləcək xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. "Report" diplomatik mənbəyə istinadən xəbər verir ki, görüş dekabrın 1-2-də Brüsseldə baş tutacaq.

İclasa NATO baş katibi Yens Stoltenberq rəhbərlik edəcək.

Qeyd edək ki, Azərbaycan NATO-nun tərəfdaş ölkəsi, Əfqanıstandakı ISAF missiyasının iştirakçısıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi