Xaricdə ümumi diplomatik missiyalarımızın sayı 90-a çatıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.
“44 ölkə ilə 161 sənəd imzalanıb. 2023-cü ildə yeni diplomatik missiyaların açılması davam edib. Həmçinin bu il 14 yeni diplomatik missiya rəhbəri təyinatı həyata keçirilib”, - nazir deyib.