Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı danışıqlar üzrə növbəti görüşün vaxtı müəyyənləşib - VİDEO

Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı danışıqlar üzrə növbəti görüşün vaxtı müəyyənləşib - VİDEO Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı 12-13 ölkə ilə danışıqlar aparılır
Xarici siyasət
30 İyun , 2017 14:03
Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı danışıqlar üzrə növbəti görüşün vaxtı müəyyənləşib - VİDEO

İstanbul. 30 iyun. REPORT.AZ/ İyul ayının sonunda Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması ilə bağlı danışıqlar üzrə növbəti görüş keçiriləcək. 

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

"Danışıqlar iyulun 24-dən 28-dək davam edəcək. Orada həm bizim işçi qrupumuzun iclası olmalıdır, həm də kənd təsərrüfatında subsidiya məsələləri müzakirə olunacaq" - nazir müavini vurğulayıb.

M.Məmmədquliyev qeyd edib ki, eyni zamanda, bir neçə ölkə ilə ikitərəfli danışıqlar baş tutmalıdır: "Hazırda həmin ölkələr müəyyənləşdirilir. Artıq ABŞ, Avropa İttifaqı və digər ölkələr öz razılıqlarını bildiriblər."

Onun sözlərinə görə, Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı 12-13 ölkə ilə danışıqlar aparılır. 

Son xəbərlər

Orphus sistemi