Azərbaycanın Ulyanovskdakı diaspor nümayəndələri “Rusiya xalqları Assambleyası” ilə dostlaşıb

Azərbaycanın Ulyanovskdakı diaspor nümayəndələri “Rusiya xalqları Assambleyası” ilə dostlaşıb "Bu tanışlıq millətlərarası harmoniyanın xeyrinə olacaq yeni yaxşı başlanğıclar silsiləsinin ilki olacaq”
Xarici siyasət
1 Noyabr , 2017 23:32
Azərbaycanın Ulyanovskdakı diaspor nümayəndələri “Rusiya xalqları Assambleyası” ilə dostlaşıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Rusiyanın Ulyanovsk Vilayəti üzrə Millətlərarası Münasibətlərə dair Şurasının növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, iclasda Azərbaycan diasporunu Ulyanovskdakı Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətin sədri İslam Hüseynov təmsil edib.

Muxtariyyətin sədri özünün "facebook" səhifəsində qeyd edib ki, 2006-cı ildə yaradılan Şuranın bu dəfəki iclası "Biz-rusiyalıyıq" və "Rusiya xalqları Assambleyası" Ümumrusiya ictimai təşkilatı ilə birlikdə keçirilib. İclasda ictimai təşkilatı sədr Svetlana Smirnova təmsil edib, İsrailin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Harri Koren tədbirin xüsusi qonaqı olub.

"Qubernator Sergey İvanoviç Morozov “Rusiya xalqları Assambleyası” ilə əməkdaşlıq haqqında saziş imzalayıb. Əminəm ki, belə güclü tərəfdaş ilə, biz birgə işimiz olan xalqlararası sülh və dostluğun gücləndirilməsində daha böyük uğurlara nail ola biləcəyik. Ulyanovsk vilayətində mövcud olan güclü millətlərarası hərəkat böyük ümumrusiya strukturları cəlb edir. Burada diaspor təşkilatların müsbət əməkdaşlıq təcrübəsi toplanıb və bu təcrübəyə bütün ölkə səviyyəsində tələbat var. Öz növbəsində, biz də yeni biliklərə, təcrübəyə və layihələrə açığıq. 

Mən Svetlana Konstantinovna Smirnova ilə tanışlığıma çox şad oldum. Şübhəm yoxudr ki, bu tanışlıq millətlərarası harmoniyanın xeyrinə olacaq yeni yaxşı başlanğıclar silsiləsinin ilki olacaq", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi