Yuxarı
    Bağlamaq

    Azərbaycanın Ukraynadakı səfiri Milli Aviasiya Universitetinin məzunlarının diplom təqdimatı mərasimində iştirak edib

    Tədbir çərçivəsində səfir universitetin rektoru Nikolay Kuliklə görüşüb

    Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Ukrayna Milli Aviasiya Universitetinin magistratura pilləsinin məzunlarının diplom təqdimatı mərasimində iştirak edib. 

    Səfirlikdən "Report"a verilən məlumata görə, səfir çıxışında məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, səfirliyin Milli Aviasiya Universiteti ilə əməkdaşlığı barədə danışıb.

    Eynulla Mədətli məzunlar arasında mühəndis-mexanik təhsilini bitirmiş azərbaycanlı tələbə Ağamehdi Mehdiyevlə söhbət edib, gələcək planları ilə maraqlanıb.

    Tədbir çərçivəsində səfir universitetin rektoru Nikolay Kuliklə görüşüb. Görüşdə rektor universitetdə təhsil alan azərbaycanlı tələbələrin təhsil və davranışlarından məmnunluğunu bildirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi