Azərbaycanın Ukraynadakı səfiri Kiyevdə keçirilən Sülh Marşında iştirak edib

Azərbaycanın Ukraynadakı səfiri Kiyevdə keçirilən Sülh Marşında iştirak edib "Biz, azərbaycanlılar təcavüzkar separatizm və ərazi bütövlüyünün pozulmasının nə olduğunu hər kəsdən yaxşı anlayırıq"
Xarici siyasət
19 Yanvar , 2015 10:25
Azərbaycanın Ukraynadakı səfiri Kiyevdə keçirilən Sülh Marşında iştirak edib

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli yanvarın 18-də Kiyevdə keçirilən Sülh Marşında iştirak edib. "Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, Sülh Marşı Volnovaxa şəhərində avtobusun atəşə tutulması nəticəsində həyatını itirən dinc sakinlərin xatirəsinə həsr olunub. 

Mərasimdə çıxış edən E.Mədətli bildirib ki, Kiyev şəhərinin meri Vitali Kliçkonun bu tədbiri keçirmək təşəbbüsünü dəstəkləyir, çünki Azərbaycan da separatizmlə qarşılaşıb. "Biz, azərbaycanlılar təcavüzkar separatizm və ərazi bütövlüyünün pozulmasının nə olduğunu hər kəsdən yaxşı anlayırıq".

Səfir Ukraynada sülhün bərqərar olmasını arzulayıb: "Mən ukraynalılara sülhü separatizm və işğal ilə barışmaları üçün deyil, öz ərazilərini azad etmək və separtizmə qalib gəlmək üçün arzulayıram". 

Sülh Marşı yürüşü Taras Şevçenko adına parkdan başlayaraq "Maydan Nezalejnostiyə" qədər davam edib. Burada ölənlərin xatirəsinə dualar oxunub, şamlar yandırılıb və əklillər qoyulub. 

Son xəbərlər

Orphus sistemi