Azərbaycanın Türkiyədəki səfirliyinin konsulluq şöbəsi bayram günlərində işləməyəcək
Azərbaycanın Türkiyədəki səfirliyinin konsulluq şöbəsi bayram günlərində işləməyəcəkAzərbaycanın Ankaradakı səfirliyi Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
Azərbaycanın Ankaradakı səfirliyi Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
“Report” xəbər verir ki, müraciət səfirliyin “X” hesabında paylaşılıb.
Bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq 2024-cü il yanvarın 1-dən 6-dək Azərbaycanın Türkiyədəki səfirliyinin konsulluq şöbəsi işləməyəcək.
VƏTƏNDAŞLARIN DİQQƏTİNƏ!
“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il” ilə əlaqədar olaraq 01.01.2024 – 05.01.2024-cü il tarixlərində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin Konsulluq şöbəsi bağlı olacaqdır.