"Azərbaycanın təşəbbüsünün reallaşması ölkənin nüfuzlu beynəlxalq subyektə çevrildiyini göstərir"

"Azərbaycanın təşəbbüsünün reallaşması ölkənin nüfuzlu beynəlxalq subyektə çevrildiyini göstərir" "BMT Baş Assambleyasının İnsan hüquqları və humanitar məsələlər komitəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən peyvəndlərin bərabər və universal çıxışın təmin edilməsi ilə bağlı qətnamə layihəsinin yekdilliklə qəbul edilməsi bəşəri naili
Xarici siyasət
19 Noyabr , 2021 18:00
Azərbaycanın təşəbbüsünün reallaşması ölkənin nüfuzlu beynəlxalq subyektə çevrildiyini göstərir

"BMT Baş Assambleyasının İnsan hüquqları və humanitar məsələlər komitəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən peyvəndlərin bərabər və universal çıxışın təmin edilməsi ilə bağlı qətnamə layihəsinin yekdilliklə qəbul edilməsi bəşəri nailiyyət olmaqla bərabər, Azərbaycanın böyük uğurudur".

Bunu "Report"a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, bir il əvvələdək özü dünyadan ədalət gözləyən, 30 il işğala qatlanmış Azərbaycanın bu gün qlobal oyunçuya çevrilməsi özlüyündə həm də dünya tarixində müsbət transformasiya nümunəsidir: "Məlumdur ki, Baş Assambleyanın İnsan hüquqları və humanitar məsələlər komitəsində qəbul olunan son qətnamə Azərbaycanın BMT mexanizmləri çərçivəsində reallaşan ilk təşəbbüsü deyil. Müstəqilliyini cəmi 30 il öncə qazanan, inkişaf etməkdə olan bir ölkənin bir il ərzində üç dəfə qlobal təşəbbüslə çıxış etməsi və təşəbbüsünü böyük səs çoxluğu ilə reallaşdırması rəsmi Bakının kifayət qədər nüfuz və çəkiyə malik beynəlxalq subyektə çevrildiyini göstərir. Üstəlik, Prezident İlham Əliyev bu uğurlu siyasi gedişi ilə yalnız Azərbaycanın deyil, bütövlükdə rəhbərlik etdiyi Qoşulmama Hərəkatının tarixində yeni səhifə açmaqdadır. Prosesin əhəmiyyətini daha yaxşı anlamaq üçün Qoşulmama Hərəkatının mövcud olduğu tarixi dövrü analiz etsək, görərik ki, təsisat fəaliyyətinin heç bir dövründə bəşəri problemlərin həllində bu qədər aktiv və məhsuldar fəaliyyət göstərməyib".

Deputat bildirib ki, məhz Azərbaycanın və şəxsən İlham Əliyevin dəqiq, planlı və şaxələndirilmiş fəaliyyət strategiyası təşkilatı pandemiya ilə mübarizədə beynəlxalq səyləri birləşdirən lokomotivə və vaksinlərə ədalətli çıxışı təmin etməkdə olan ümid yerinə çevirdi: "Əlbəttə, məqsəd bəşəri olsa da heç də bütün dövlətlərin bu prosesdə maraqlı olmadığı aydındır və peyvənd millətçiliyini də məhz bu amil doğurur. Çətinliklərə baxmayaraq, bu sədləri aşa bilməsi bəşəri nailiyyət olmaqla bərabər, rəsmi Bakıya qlobal müstəvidə baxışı da köklü dəyişdi. Artıq beynəlxalq münasibətlər platformasının bütün oyunçularına aydındır ki, əgər Prezident İlham Əliyev peyvənd millətçiliyi ilə məşğul olan böyük dövlətlərə qarşı haqlı siyasi cəbhə açaraq onlara qarşı beynəlxalq səyləri birləşdirə bilirsə, artıq ona və rəhbərlik etdiyi dövlətə siyasi güc kimi yanaşmaq zərurətdir".

"Təbii ki, qazanılan nüfuz Azərbaycan üçün xüsusən də indiki postmünaqişə dövründə, zəfərin nəticələrinin möhkəmlənməsi, 44 günlük haqq savaşı ilə yaratdığımız yeni reallığın qorunması zəruri olan bir mərhələdə çox müstəsna bir nailiyyətdir. Üstəlik, Azərbaycanın başlatdığı bu qlobal proses Qafqazda sülh və sabitlik üçün əsas təhdid olan Ermənistan və havadarlarının əsl mahiyyətini ortaya çıxardı. Təsəvvür edin, Cənubi Qafqazda COVID-19-un fəsadları baxımından ən ağır statistikaya malik olan bir dövlət olaraq, əslində, sağlam təfəkkürlə yanaşsaq, hər kəsdən öncə bu prosesə dəstək verməli olan Ermənistan peyvəndlərə bərabər və universal çıxışa dair qətnamə layihəsinə bitərəf qaldı. Rəsmi İrəvan Azərbaycanın milli xarakter daşımayan təşəbbüsünə dəstək verməməklə göstərdi ki, ermənilər üçün millətlərarası nifaq, düşmənçilik hisslərinin yaşadılması bütün bəşəri və humanitar təşəbbüslərdən daha vacibdir. Beləliklə də qətnamənin lehinə səs verməməklə Ermənistan necə miskin və təhlükəli bir dövlət ideologiyasına sahib olduğunu, 44 günlük müharibə və sonrakı siyasi qələbələrlə İlham Əliyevin Cənubi Qafqazı hansı təhlükədən xilas etdiyini əyani olaraq nümayiş etdirdi", - B.Məhərrəmov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi