Azərbaycanın səfiri və Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədr müavini əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycanın səfiri və Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədr müavini əməkdaşlıq məsələlərini müzakirə edib Boleslav Pirştuk Azərbaycan səfirliyinin Belarus-Azərbaycan münasibətlərinin inkişafına dəyərli töhfələrini xüsusi qeyd edib
Xarici siyasət
30 İyun , 2017 12:44
Azərbaycanın səfiri və Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədr müavini əməkdaşlıq məsələlərini müzakirə edib

Bakı. 30 iyun. REPORT.AZ/ Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədr müavini Boleslav Pirştuk ilə Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilov arasında görüş keçirilib.

"Report" Nümayəndələr Palatasının saytına istinadən xəbər verir ki, B.Pirştuk Azərbaycan səfirliyinin Belarus-Azərbaycan münasibətlərinin inkişafına dəyərli töhfələrini xüsusi qeyd edib, həmçinin ölkələr arasındakı ikitərəfli əlaqələrin yeni səviyyəyə yüksələcəyinə əminliyini ifadə edib.

Görüş zamanı tərəflər arasında yalnız ikitərəfli formatda yox, həm də Belarus və Azərbaycanın daim bir-birinə dəstək verdiyi beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Həmçinin görüşdə bu il iyulun 5-dən 9-dək Minskdə keçiriləcək ATƏT-in Parlament Assambleyasının 26-cı illik sessiyası çərçivəsində birgə işlərin istiqamətləri müzakirə olunub. Tərəflər gündəlikdə dayanan bütün məsələlərdə bir-birinə dəstək verməklə bağlı razılığa gəliblər.