Azərbaycanın səfiri: "Bakının Rusiyanın regionları ilə birbaşa əlaqələri fəal şəkildə inkişaf edir"

Azərbaycanın səfiri: "Bakının Rusiyanın regionları ilə birbaşa əlaqələri fəal şəkildə inkişaf edir" Polad Bülbüloğlu: "Azərbaycanda turizm üçün əla şərait var"
Xarici siyasət
10 Fevral , 2016 12:00
Azərbaycanın səfiri: Bakının Rusiyanın regionları ilə birbaşa əlaqələri fəal şəkildə inkişaf edir

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Kemerovo əyalətinin qubernatoru Aman Tuleyevlə görüşüb. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, görüşdə müxtəlif sferalarda, o cümlədən turizm sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşün yekunlarına dair keçirilən brifinqdə səfir Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu, Bakının Rusiyanın regionları ilə birbaşa əlaqələrinin fəal şəkildə inkişaf etdiyini qeyd edib.

"Biz Kuzbass kimi böyük regionla əlaqələri daha da inkişaf etdirmək istəyirik. Qubernatorla bəzi planları, o cümlədən turizmin inkişafını müzakirə etdik. Azərbaycanda turizm üçün əla şərait, Xəzər dənizi, dağ-xizək kurortları var. Ümumiyyətlə, Azərbaycanda baxılası, yeyiləsi çox şey var. Buna görə də hətta qastronomik turizm də təklif olunur", - deyə P.Bülbüloğlu jurnalistlərə bildirib.

Onun sözlərinə görə, qubernator turizmə məsul olan administrasiyanın səlahiyyətli şəxslərinə bu məsələylə fəal məşğul olmağı tapşırıb.

Son xəbərlər

Orphus sistemi