Azərbaycanın Rusiyadakı səfirliyində ümummilli liderin xatirəsi yad edilib

Azərbaycanın Rusiyadakı səfirliyində ümummilli liderin xatirəsi yad edilib Tədbir Azərbaycanın Rusiyakı səfirliyi və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən təşkil olunub
Xarici siyasət
10 May , 2021 17:35
Azərbaycanın Rusiyadakı səfirliyində ümummilli liderin xatirəsi yad edilib

Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü qeyd edilib.

“Report”un Rusiya bürosu xəbər verir ki, tədbir Azərbaycanın Rusiyadakı səfirliyi və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən təşkil olunub.

Tədbiri səfirliyin müşavir-elçisi Samir Şərifov və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar proqramlar şöbəsinin müdiri Tamilla Əhmədova açıblar. Onlar mayın 10-nun hər bir azərbaycanlının həyatında xüsusi gün olduğunu, Azərbaycan xalqının ümummilli lideri, müasir və müstəqil Azərbaycanın memarı Heydər Əliyevin doğum günü olduğunu söyləyib, onun şəxsiyyətinin təkcə Azərbaycan deyil, həm də Sovet İttifaqı tarixindəki əhəmiyyətini vurğulayıb və gələnlərə, onun silahdaşlarına, onunla birlikdə işləyən insanlara minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Fondun nümayəndəliyinin, səfirliyin əməkdaşları, eləcə də Heydər Əliyevin silahdaşları iştirak ediblər.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin səfirlikdəki barelyefi qarşısına gül dəstələri qoyublar.

Son xəbərlər

Orphus sistemi