Azərbaycan prezidenti Macarıstana səfər edəcək

Azərbaycan prezidenti Macarıstana səfər edəcək İki ölkə arasında strateji əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulub.
Xarici siyasət
3 Noyabr , 2014 13:43
Azərbaycan prezidenti Macarıstana səfər edəcək

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanın prezidenti İlham Əliyev gələn həftə Macarıstana səfər edəcək. "Report"un verdiyi xəbərə görə, bu barədə Bakıda səfərdə olan Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto keçirdiyi brifinqdə bildirib. 

Onun sözlərinə görə, Azərbaycan prezidentinin Macarıstana səfəri çərçivəsində iki ölkə arasında strateji əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulub.

Həmçinin, daha 5 sazişin, o cümlədən mülki aviasiya haqqında sazişin imzalanması gözlənilir. 

"Azərbaycan Macarıstan üçün böyük əhəmiyyət kəsb edir" - deyə, nazir bildirib.

O, ölkələr arasında əmtəə dövriyyəsinin artdığını da qeyd edib. Nazir bildirib ki, cari ilin əvvəlindən əmtəə dövriyyəsinin həcmi 18% artıb.

Son xəbərlər

Orphus sistemi