Varşava. 06 sentyabr. REPORT.AZ/ Azərbaycanın Polşadakı səfirliyində sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar seçki məntəqəsi yaradılıb.
Bu barədə “Report”un Şərqi Avropa bürosuna Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib.
Məlumata görə, Mərkəzi Seçki Komissiyasının qərarı ilə səfirlikdə 17 saylı Yasamal Üçüncü Seçki Dairəsinin 47 saylı Seçki məntəqəsi yaradılıb. Mənətəqə sentyabrın 26-da yerli vaxtla 08.00-dan 19.00-dək fəaliyyət göstərəcək.
Səfirlikdə ümumilikdə 130 nəfərə yaxın Azərbaycan vətəndaşı qeydiyyatdadır. Diplomatik nümayəndəlik həmvətənlərimizi sentybarın 26-da ümumxalq səsverməsində iştirak etməyə çağırıb.