Azərbaycanın Pakistandakı səfiri Peşavarda terror aktı qurbanlarının xatirəsini yad edib

Azərbaycanın Pakistandakı səfiri Peşavarda terror aktı qurbanlarının xatirəsini yad edib Daşqın Şikarov əyalətin qubernatoruna başsağlığı verib
Xarici siyasət
31 Mart , 2015 10:27
Azərbaycanın Pakistandakı səfiri Peşavarda terror aktı qurbanlarının xatirəsini yad edib

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bu ölkədə akkreditasiyadan keçən 13 ölkədən olan diplomatlarla birgə Peşavarda hərbi məktəbdə terror aktı qurbanlarını yad etmək üçün bu şəhərə gedib. 

"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, diplomatlar Xeybər-Paxtunxva əyalətinin qubernatoru Pərviz Həttak ilə görüşüblər və ona başsağlığı bildiriblər. 

Qubernator diplomatlara minnətdarlığını bildirib və dünya ictimaiyyətini əyalətdə mövcud olan çətinliklərin aradan qaldırılmasına yardım etməyə çağırıb. 

Xatırladaq ki, terror aktı ötən il dekabr ayının 16-da Peşavarda törədilib. "Taliban" hərəkatından olan 9 yaraqlı Peşavarda hərbi məktəbə hücum edərək, 156 nəfəri qətlə yetirib. Ölənlərin çoxu 10-18 yaşlarında şagirdlər olub. 114 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi