Azərbaycanın nümayəndə heyəti Gürcüstandakı prezident seçkilərini müşahidə edəcək

Azərbaycanın nümayəndə heyəti Gürcüstandakı prezident seçkilərini müşahidə edəcək Tbilisi. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərinə müşahidəçilər göndərəcək.
Xarici siyasət
17 Oktyabr , 2018 21:14
Azərbaycanın nümayəndə heyəti Gürcüstandakı prezident seçkilərini müşahidə edəcək

Tbilisi. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərinə müşahidəçilər göndərəcək.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Məlumata əsasən, Azərbaycan MSK-nın 4 nəfərdən ibarət nümayəndə heyəti qonşu ölkədəki seçkiləri izləyəcək.

Qeyd edək ki, Gürcüstanda builki seçkilər dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkilər olacaq. Prezident altı il müddətinə seçiləcək. Seçkilərin keçirilməsinə 15 mln. dollardan çox vəsait ayrılacaq.

Seçkilərdə 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüş 25 namizəd iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi