​Azərbaycanın Niderlanddakı səfirliyi: Nahid Cəfərov yaşayış yerini seçməkdə sərbəstdir

​Azərbaycanın Niderlanddakı səfirliyi: Nahid Cəfərov yaşayış yerini seçməkdə sərbəstdir “Rotasiya qaydalarına uyğun olaraq dövrü əsasda bu siyahı yeniləşdirilir”
Xarici siyasət
558
15 Sentyabr , 2015 13:01
​Azərbaycanın Niderlanddakı səfirliyi: Nahid Cəfərov yaşayış yerini seçməkdə sərbəstdir

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyi mətbuatda bu diplomatik nümayəndəliyin əməkdaşı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Səfirliyin mətbuat xidmətindən “Report”a bildirilib ki, səfirliyin üçüncü katibi N.Cəfərovun (ona eyni zamanda konsulluq məsələləri də həvalə olunub) Xarici İşlər Nazirliyindəki fəaliyyətinə qanunun tələblərinə uyğun olaraq xitam verilib və həmin şəxs artıq Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyində çalışmır: “Xaricdəki diplomatik nümayəndəliklərin əməkdaşlarının ümumi siyahısında Niderlanddakı səfirliyin əməkdaşı kimi Nahid Cəfərovun adının göstərilməsinə gəldikdə isə bildiririk ki, rotasiya qaydalarına uyğun olaraq dövrü əsasda bu siyahı yeniləşdirilir. Bəzi bloq və ya portalların 2015-ci ilin əvvəlinə aid köhnə siyahıya istinad edərək, ictimaiyyətə yanlış məlumat vermək cəhdləri düzgün deyil”.

Səfirlikdən bildirilib ki, fiplomatik xidmətdə fəaliyyətinə xitam verilmiş hər bir şəxs kimi N.Cəfərov da öz yaşayış yerini seçməkdə sərbəstdir. 

Son xəbərlər

Orphus sistemi