Azərbaycanın NATO və Avropa Şurası yanında nümayəndəliklərinə başçılar təyin edilib

Azərbaycanın NATO və Avropa Şurası yanında nümayəndəliklərinə başçılar təyin edilib Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaya Məmmədovun Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Xarici siyasət
16 Oktyabr , 2018 18:11
Azərbaycanın NATO və Avropa Şurası yanında nümayəndəliklərinə başçılar təyin edilib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaya Məmmədovun Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Qaya Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilib. Emin Yaqub oğlu Eyyubov isə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Son xəbərlər

Orphus sistemi