Yuxarı

​Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin yeni tərkibi təsdiqlənib, Tahir Süleymanov heyətdən çıxarılıb - SİYAHI

Ziyafət Əsgərov yenidən Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri təyin olunub

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycanın NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib.

"Report"un xəbərinə görə, heyət 5 nəfərdən ibarətdir.

Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin yeni tərkibinə Milli Məclis sədrinin birinci müavini, parlamentdə hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən Ziyafət Əsgərov, YAP icra katibinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, YAP-ı təmsil edən deputatlar Məlahət İbrahimqızı, Kamran Bayramov və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev daxil edilib.

Yeni heyətə daxil edilən Kamran Bayramov digər YAP üzvü, deputat Tahir Süleymanovu əvəzləyib. K.Bayramov Milli Məclisin yeni deputatlarındandır və 2015-ci ilin noyabrında keçirilən parlament seçkisində 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputat seçilib. 

Ziyafət Əsgərov yenidən Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri təyin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi