Yuxarı

Azərbaycanın Moldovadakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Moldovanın xarici işlər naziri bu münasibətlə Namiq Əliyevi qəbul edib

Kişinyov. 19 avqust. REPORT.AZ/ Moldova baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Andrey Qalbur Azərbaycanın bu ölkədəki səfiri Namiq Əliyevi qəbul edib.

“Report”un Şərqi Avropa bürosu Moldova Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüş Azərbaycan səfirinin Moldovada diplomatik missiyasının başa çatması münasibəti ilə baş tutub.

Görüşdə iki ölkə arasında hazırda gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Moldova və Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin yüksək səviyyədə olduğu qeyd edilib. Həmçinin qarşılıqlı maraq doğuran, xüsusilə siyasi, ticari-iqtisadi, mədəni-humanitar sahədə ikitərəfli əməkdaşlığın davamlı dərinləşməsinin əhəmiyyəti vurğulanıb. Sonda Andrey Qalbur Moldovada diplomatik missiyasını uğurla həyata keçirdiyinə görə səfir Namiq Əliyevə təşəkkür edib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi