Azərbaycanın Maltadakı səfiri etimadnaməsini bu ölkənin prezidentinə təqdim edib

Azərbaycanın Maltadakı səfiri etimadnaməsini bu ölkənin prezidentinə təqdim edib Prezident Mari-Luiz Koleyro Preka ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiyini deyib
Xarici siyasət
24 Oktyabr , 2016 14:20
Azərbaycanın Maltadakı səfiri etimadnaməsini bu ölkənin prezidentinə təqdim edib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycanın iqamətgahı Roma şəhərində yerləşən, eyni zamanda Maltadakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini bu ölkənin Prezidenti Mari-Luiz Koleyro Prekaya təqdim edib.

Bu barədə "Report"a səfirlikdən məlumat verilib. 

Bildirilib ki, səfir M.Əhmədzadə son illərdə iki ölkə arasında əlaqələrin inkişafında müşahidə olunan intensivliyi qeyd edib, əlaqələrin bundan sonra daha da inkişafı üçün çalışacağını deyib.

Malta Prezidenti Mari-Luiz Koleyro Preka ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiyini, bu xüsusda son dövrdə Maltadan Azərbaycana çoxsaylı yüksək səfərlərin həyata keçirildiyini söyləyib. 

Prezident Mari-Luiz Koleyro Preka bu ilin aprel ayında Bakıda keçirilən BMT-nın Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək məqsədilə Bakıya səfəri və səfər vaxtı Prezident İlham Əliyevlə görüşü ilə bağlı xoş təəssüratlarını bölüşüb.

Görüşdə müxtəlif sahələrdə əlaqələrin inkişafı perspektivləri, 2017-ci ilin birinci yarısında Maltanın Avropa İttifaqına sədrliyi dövründə Azərbaycan-Aİ əməkdaşlığına verə biləcəyi töhfə, habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. M.Əhmədzadə bu ölkənin xarici işlər naziri Corc Vella, Malta Parlamentinin sədri Ancelo Farruca, parlamentin xarici əlaqələr komitəsinin rəhbəri Luçano Busuttil, Azərbaycanla parlamentlərası dostluq qrupunun rəhbəri Kris Acus və digər parlament üzvləri ilə görüşlər keçirib. 

Görüşlərdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, regional mövzular, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi