Azərbaycanın Macarıstandakı səfirliyində nikah mərasimi keçirilib

Azərbaycanın Macarıstandakı səfirliyində nikah mərasimi keçirilib Azərbaycanın Macarıstandakı səfirliyində tələbə cütlüyün nikah mərasimi keçirilib.
Xarici siyasət
2 May , 2019 17:49
Azərbaycanın Macarıstandakı səfirliyində nikah mərasimi keçirilib

Azərbaycanın Macarıstandakı səfirliyində tələbə cütlüyün nikah mərasimi keçirilib.

"Report"un Avropa bürosunun məlumatına görə, Budapeşt Biznes Universitetinin tələbələri - Rüstəm AslanlıXavər Ələkbərliyə səfirliyin böyük zalında müxtəlif millətlərdən olan çoxsaylı tələbə dostlarının iştirakı ilə nikah şəhadətnaməsi təqdim edilib.

Səfir Vilayət Quliyev gənc cütlüyü təbrik edib və onlara səadət və xoşbəxtlik arzulayıb. O, ailə duyğusunun onlarda məsuliyyət hissini artıracağına da ümidvar olduğunu, təhsili uğurla başa vurub ölkəmizə bacarıqlı mütəxəssislər kimi qayıdacaqlarına inandığını bildirib.

Səfirliyin hər bir azərbaycanlının evi olduğunu vurğulayan səfir gənclərin istər təhsil, istərsə də şəxsi həyatlarındakı bütün uğurlara sevindiyini və diplomatik missiyamızın daim hər bir vətəndaşımızın yanında olduğunu xüsusi diqqətə çatdırıb.

Qeyd edək ki, Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin sayı 600 nəfərə yaxındır.

Son xəbərlər

Orphus sistemi