Azərbaycanın Los-Ancelesdəki konsulluğu və DGK-nın dəstəyi ilə narkomaniyaya qarşı tədbir keçirilib

Azərbaycanın Los-Ancelesdəki konsulluğu və DGK-nın dəstəyi ilə narkomaniyaya qarşı tədbir keçirilib “Narkotiklərə yox deyək!” devizi altında keçirilən tədbir maraqla qarşılanıb
Xarici siyasət
10 Fevral , 2015 11:25
Azərbaycanın Los-Ancelesdəki konsulluğu və DGK-nın dəstəyi ilə narkomaniyaya qarşı tədbir keçirilib

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən ABŞ-ın San Fransisko şəhərində “Narkotiklərə yox deyək!” devizi altında geniş tədbir keçirilib.

Bu barədə "Report"a Azərbaycanın Los-Ancelesdəki konsulluğundan məlumat verilib. Tədbirdə Azərbaycan və xarici sənətkarların hazırladığı karikatura, heykəltəraşlıq və rəngkarlıq əsərlərindən ibarət sərgisi nümayiş etdirilib.

Sərgidə San Fransisko ictimaiyyətinin nüfuzlu nümayəndələri, burada fəaliyyət göstərən bir sıra ölkələrin baş və fəxri konsulları, müxtəlif qurum və təşkilatların təmsilçiləri, eləcə də Azərbaycan diasporu fəalları və şəhər sakinləri iştirak edib.

İki hissədən ibarət olan tədbir bədii hissə ilə başlayıb. Azərbaycanın tanınmış incəsənət ustaları tərəfindən milli musiqinin nümunələri səsləndirilib.

Tədbirin növbəti hissəsində qonaqlar “Narkotiklərə yox deyək” sərgisi ilə tanış olublar. Sərginin açılışında baş konsul Nəsimi Ağayev tədbirin mahiyyəti haqqında məlumat verib, Azərbaycanın, xüsusilə Dövlət Gömrük Komitəsinin narkotiklərə qarşı Azərbaycanda və beynəlxalq miqyasda aparılan mübarizəyə verdiyi töhfələrdən, bu səpkidə aparılan təbliğat və maarifləndirmə işinin önəmindən bəhs edib.

DGK-nın nümayəndəsi Qambay Əliyev Azərbaycan gömrükçülərinin həyata keçirdiyi fəaliyyətlər və əldə etdiyi uğurlar barədə geniş məruzə ilə çıxış edib. Q.Əliyev narkotiklərdən istifadənin ümumbəşəri bir problem olduğunu qeyd edərək, buna görə də, bu bəla ilə mübarizədə bütün səylərin birləşdirilməsinin vacib olduğunu diqqətə çatdırıb.

Sonda San Fransisko Polis Departamentinin narkotiklərlə mubarizə idarəsinin rəisi Robert Moser, San Anselmo şəhərinin vitse-meri Daq Kelli və ABŞ-ın narkomaniyaya qarşı mübarizə üzrə ən tanınmış təşkilatı olan D.A.R.E.-in (Drug Abuse Resistance Education) prezidenti Frank Peguerros çıxış ediblər. Natiqlər xüsusilə gənc nəslin maarifləndirilməsi işində belə tədbirlərin keçirilməsinin vacibliyini, bu istiqamətdə Azərbaycanın beynəlxalq səviyyədə apardığı ardıcıl təbliğat işlərinin təqdirəlayiq hal olduğunu vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi