Azərbaycanın Latviyadakı səfirliyinin yerləşdiyi binada yanğın olub

Azərbaycanın Latviyadakı səfirliyinin yerləşdiyi binada yanğın olub "Yanğın Azərbaycan səfirliyin qonşuluğunda baş verib. Bizim səfirliyə heç bir zərər dəyməyib".
Xarici siyasət
1942
16 Yanvar , 2021 12:33
Azərbaycanın Latviyadakı səfirliyinin yerləşdiyi binada yanğın olub

Azərbaycanın Latviyadakı səfirliyinin yerləşdiyi binada yanğın baş verib.

"Report"un xəbərinə görə, yanğın binanın 5-ci mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə çox sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Report"un sorğusuna cavab olaraq bildirib ki, yanğının səfirliyin inzibati ofisinə keçməyib.

"Yanğın Azərbaycan səfirliyin qonşuluğunda baş verib. Bizim səfirliyə heç bir zərər dəyməyib", - XİN sözçüsü vurğulayıb.

Son xəbərlər

Orphus sistemi