Azərbaycanın iki vətəndaşı Yəməndən təxliyə olunub

Azərbaycanın iki vətəndaşı Yəməndən təxliyə olunub Qalan 7 vətəndaş sabah təxliyə olunacaq
Xarici siyasət
2 Aprel , 2015 19:53
Azərbaycanın iki vətəndaşı Yəməndən təxliyə olunub

Bakı. 2 aprel. REPORT.AZ/ Yəmənin paytaxtı Sənanın beynəlxalq hava limanında təxliyə gözləyən Azərbaycanın 9 vətəndaşlardan ikisi artıq təxliyə olunub.

Azərbaycanın Səudiyyə Ərəbistanı və Yəməndəki səfirliyindən "Report"a verilən məlumata görə, Azərbaycanın iki vətəndaşı Rusiyanın təyyarəsi vasitəsilə Moskva şəhərinə gətirilib.

Səfirlikdən onu da bildiriblər ki, yerdə qalan Azərbaycanın 7 vətəndaşı sabah Rusiyaya təxliyə olunacaq.

Son xəbərlər

Orphus sistemi