Azərbaycanın bir neçə diplomatı geri çağırılıb - YENİLƏNİB

Azərbaycanın bir neçə diplomatı geri çağırılıb - YENİLƏNİB Prezident İlham Əliyev sərəncamlar imzalayıb
Xarici siyasət
25 Noyabr , 2015 18:47
Azərbaycanın bir neçə diplomatı geri çağırılıb - YENİLƏNİB

Bakı. 25 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Həsən Sultan oğlu Zeynalovun Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu və eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla H.Zeynalov Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu və eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Prezident İlham Əliyev həmçinin Murad Nizami oğlu Nəcəfbəylinin Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan Respublikasının Argentina Respublikasında və eyni zamanda Paraqvay Respublikasında, Boliviya Çoxmillətli Dövlətində, Çili Respublikasında, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Elxan Cahangir oğlu Qəhrəmanovun Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri, Tofiq Nadir oğlu Zülfüqarovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılmaları haqqında sərəncamlar imzalayıb. 

Dövlət başçısının digər sərəncamları ilə Vəhdət Məmmədağa oğlu Sultan-zadə Azərbaycan Respublikasının Türkmənistanda və eyni zamanda Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Zakir Arif oğlu Həşimov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Rəşad Eynəddin oğlu Məmmədov isə Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifələrindən geri çağırılıb.

Son xəbərlər

Orphus sistemi